Reklam

Rusiya Federasiyasının yüksəkrütbəli rəsmilərinin daşınmasında istifadə olunan Tu-154 hərbi təyyarəsi İsrailin Ben-Qurion hava limanında görüntülənib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, real vaxt rejimində uçuşları izləmə tətbiqinin məlumatlarına əsasən, hava gəmisi noyabrın 8-də Moskva vilayətindəki Çkalovski aerodromundan havalanıb və elə həmin günün axşamı Ben-Qurion hava limanına eniş edib.

İllər sonra ilk müəmmalı reys

İsrail mediasının yazdığına görə, bu tipli Rusiya təyyarəsi artıq uzun illərdir ki, İsrailə uçuş həyata keçirmirdi.

Nəşrlər xatırladır ki, İsrail Müdafiə Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasındakı qarşılıqlı təmaslar əsasən Rusiyanın Suriyadakı hərbi varlığı ilə bağlı olub. Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu koordinasiya daha çox Latakiya rayonundakı Xmeymim hərbi bazası yaxınlığında İsrailin fəaliyyəti ilə məhdudlaşmışdı.

Mətbuat xüsusilə vurğulayır ki, bu “qeyri-adi reys” İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi son görüşün fonunda baş tutub.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın