EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Müdafiə Paktına digər ölkələr də qoşula bilər.

Realist.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Çağrı Ərhan bildirib.

Onun sözlərinə görə, saziş heç bir regional ölkəyə qarşı yönəlməyib. Ərhan qeyd edib ki, bu razılaşma Türkiyənin mövcud hərbi ittifaqlarına alternativ deyil, əksinə, onları tamamlayan mexanizm kimi nəzərdə tutulub.

Xatırladaq ki, Məkkə Müdafiə Paktı bu ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı silahlı hücum bütün üzv dövlətlərə qarşı hücum kimi qiymətləndiriləcək.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın