Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı əməliyyat keçirilib. Əməliyyat zamanı “Naxçıvan Aqroservis” ASC-nin sədri Cavid Ağaməliyev saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, məsələyə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmə müstəntiqin vəsatətini və prokurorun təqdimatını təmin edib. Qərara əsasən, Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Cavid Ağaməliyev nə də ittiham olunur?
Cavid Ağaməliyev Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində çalışan quruma rəhbərlik edirdi. O, dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir.
Faktla bağlı Naxçıvan Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə aparılır. Bu maddə xüsusilə külli miqdarda mənimsəməni nəzərdə tutur. Həmçinin hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
