İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) keçmiş rəhbəri Ronen Bar Baş nazir Binyamin Netanyahuya qarşı 3 milyon şekel (təxminən 1 milyon dollar) məbləğində böhtan iddiası ilə məhkəməyə müraciət edib. Keçmiş kəşfiyyat rəhbəri Netanyahunun 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan əvvəlki saatlarda atılan addımlarla bağlı ona qarşı yalan ittihamlar irəli sürdüyünü iddia edir.
Netanyahuya qarşı ittihamlar: 7 Oktyabr məsuliyyəti
Dairə Məhkəməsinə təqdim edilən iddia ərizəsi Netanyahunun yaydığı bəyanatlarla bağlıdır. Həmin bəyanatda Bar bir sıra ciddi nöqsanlarda, o cümlədən:
-
Baş nazirə vaxtında məlumat verməməkdə,
-
Təhlükəsizlik qüvvələrini xəbərdar etməməkdə,
-
“Nova” musiqi festivalının iştirakçılarının təxliyəsini təşkil etməməkdə ittiham olunurdu.
İddia ərizəsində vurğulanır ki, Netanyahu 7 oktyabr uğursuzluğunun məsuliyyətini öz üzərindən ataraq onu ŞABAK-ın sabiq rəhbərinin üzərinə yıxmağa çalışıb.
Ronen Bar: “ŞABAK uğursuzluğa yol verib, lakin…”
Ronen Bar məhkəməyə təqdim etdiyi sənəddə ŞABAK-ın HƏMAS-ın hücumu barədə vaxtında xəbərdarlıq edə bilmədiyini və bu uğursuzluğa görə şəxsi məsuliyyət daşıdığını etiraf edib. Lakin o bildirib ki, bu məsuliyyət Netanyahunun ona qarşı irəli sürdüyü şəxsi və əsassız ittihamlara bəraət qazandırmır (Məlumatı İsrailin “Channel 14” televiziya kanalı yayıb).
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
