Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 min 90 ədəd noutbuk, 1 min 412 ədəd stolüstü kompüter istehsal edilib.

realist.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,8 % və 50,3 % azdır.

Təkcə sentyabrda isə 1 ədəd noutbuk (1 il əvvəl istehsal olmayıb) və 382 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin sentyabr ayının göstəricisindən 20,7 % azdır.

2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın