Sosial şəbəkələrdə Özbəkistanın 27 milyon sakininin fərdi məlumatlarının sızdırılması ehtimalı barədə məlumatlar yayılıb.
Realist.az “Podrobno.uz” portalına istinadən xəbər verir ki, kiberhücumu həyata keçirən “BUTTERFLY” haker qrupu keçmiş Fərdiləşdirmə Agentliyinin verilənlər bazasına çıxış əldə etdiyini iddia edir.
Məlumata görə, ələ keçirilən bazada vətəndaşların ad və soyadları, telefon nömrələri, JŞŞİH (ПИНФЛ), ünvanları, pasport məlumatları və biometrik fotoşəkilləri yer alır. Hakerlər iddialarının doğruluğunu sübut etmək üçün ölkənin Rəqəmsal Texnologiyalar naziri Şermatovun fərdi məlumatlarını ictimaiyyətə açıqlayıblar.
Hakerlərin ultimatumu: Məlumatlar satışa çıxarıla bilər
Kiberquldurlar məsələ ilə bağlı ultimatum irəli sürüblər:
-
Tələb olunmuş müddət: Bədəməllər noyabrın 2-si saat 08:00-dək onlarla əlaqə saxlanılmasını tələb ediblər.
-
Təhdid: Əks təqdirdə, 27 milyon vətəndaşın məlumatlarını ehtiva edən böyük arxivi satışa çıxaracaqları ilə hədələyiblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
