Özbəkistan İrana etiraz notası təqdim edib

Oktyabrın 23-də İranın Özbəkistandakı səfiri Eskandari Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub. Buna səbəb İranın Ermənistan və Zimbabvedəki səfirliklərinin “X” sosial şəbəkəsindəki paylaşımları olub. Diplomatik missiyalar ABŞ Dövlət katibi Rubionun Səmərqənddəki Registan meydanının fonunda olan kadrlarını yerləşdirərək, tarixi abidələrin memarlıq tağlarının “İran-İslam sivilizasiyasının” xarakterik cəhəti olduğunu iddia ediblər.

Özbəkistan XİN-də bu bəyanatları Səmərqəndin tarixi-mədəni irsinin birtərəfli və siyasiləşdirilmiş təfsiri kimi qiymətləndiriblər. Qurumda vurğulayıblar ki, Səmərqənd, Buxara, Xivə və ölkənin digər tarixi şəhərlərinin irsi əsrlər boyu formalaşıb və özbək xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni inkişafını əks etdirir. Özbəkistan İran tərəfindən mübahisəli paylaşımları silməyi və gələcəkdə belə hallara yol verməməyi tələb edib.

Bununla belə, XİN-də qeyd ediblər ki, Özbəkistan İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri yüksək qiymətləndirir, lakin tarixi-mədəni irs məsələlərində öz mövqeyini müdafiə etməyə davam edəcək.

“Realist.az” xəbər verir ki, Özbəkistan tərəfi məsələnin diplomatik kanallarla həllinə diqqət yetirir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın