EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan ediləcəyini açıqlayıb.

Realist.az “News Armenia” agentliyinə istinadən xəbər verir ki, Paşinyan bu barədə danışarkən “Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik”, – deyə bildirib.

Qeyd edək ki, noyabrın 18-də parlamentdə keçirilən hökumət saatında çıxış edən Paşinyan Ermənistanın TRIPP layihəsinin praktiki icrası mərhələsinə keçdiyini açıqlamışdı. O, bu mərhələnin əsas istiqamətlərindən birinin Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi olacağını bildirmişdi.

TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə təxminən 42 kilometrlik nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində dəmir və avtomobil yollarının, eləcə də digər kommunikasiya xətlərinin inşası planlaşdırılır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın