İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 deyil, dörd ildən bir hesablanması təklif edilirBu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.

Deputatın sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı təkliflərdən biri də 6 illik müddətin 4 ilə endirilməsidir.

Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın