İrəvanda İran Prezidenti Məsud Pezeşkiaan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və əldə olunmuş razılaşmaların icrası gedişatını müzakirə ediblər. Həmçinin birgə layihələrin irəlilədilməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Pezeşkian COP17 Liderlər Sammiti çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb. İran Prezidenti iki ölkə arasında iqtisadi, mədəni və turizm əlaqələrinin dəqiq müddətləri olan konkret fəaliyyət planı əsasında genişləndirilməsinin vacibliyini bildirib.

Kobaxidze isə Gürcüstanın xoşniyyətli qonşuluq prinsipinə sadiq olduğunu təsdiqləyib və dövlətlərin daxili işlərinə xarici müdaxilənin qəbulolunmazlığını bəyan edib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın