Polşa Müdafiə Nazirliyi Lvov Vilayət Şurasının 2027-ci ili UPA (Ukrayna Üsyançı Ordusu) ili elan etməsi fonunda Varşavanın Kiyevə hərbi tədarükləri dayandırması haqqında yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Müdafiə idarəsinin rəsmi nümayəndəsi Seymey bu cür məlumatların həqiqəti əks etdirmədiyini və şayiə xarakteri daşıdığını vurğulayıb.

“Lvovun qərarı münasibətlərə mənfi təsir göstərdi”

Hərbi köməyin dayandırılması xəbərini təkzib edən nazirlik rəsmisi, bununla belə, Lvov yerli hakimiyyətinin addımının Polşa və Ukrayna arasındakı ikitərəfli münasibətlərə ciddi zərbə vurduğunu etiraf edib.

Sözügedən qərara Polşanın ali dövlət rəhbərliyi səviyyəsində də sərt tepki verilib. Polşanın Baş naziri Donald Tusk və Xarici İşlər naziri Radoslav Sikorski Lvov Vilayət Şurasının bu addımını kəskin tənqid edərək, tarixi məsələlərdə bu cür qərarların qəbulunun yolverilməz olduğunu bildiriblər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın