İsraildə keçirilən seçkilərdən sonra amerikalı nümayəndələr Qəzza zolağında Tramp planının növbəti mərhələlərinin icrası ilə bağlı İsrailin təhlükəsizlik strukturları ilə danışıqları intensivləşdiriblər.

Realist.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd olunur ki, Kiryat-Qatdakı əlaqələndirmə qərargahında HƏMAS üzvlərinə əfvin verilməsi, silahların təhvil alınması və məhv edilməsi, eləcə də “Yaşıl Rəfah” (Green Rafah) adlı yeni ərəb yaşayış məhəlləsinin salınması planları müzakirə olunur.

İsrail tərəfinin narahatlığı və kəşfiyyat məlumatları

Bununla yanaşı, İsrail tərəfi baş verənlərdən narahatlığını ifadə edir.

Mənbələrin verdiyi məlumata görə, İsrail ordusu amerikalı nümayəndələrə HƏMAS-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını və öz hərbi potensialını fəal şəkildə bərpa etdiyini göstərən kəşfiyyat məlumatlarını təqdim edib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın