Reklam

Quba rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Realist.az xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Lada-Niva” markalı avtomobilin sürücüsü sükan arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan biri yolda dünyasını dəyişib

Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Təəssüf ki, sərnişinlərdən birini xəstəxanaya çatdırmaq mümkün olmayıb, o, yolda dünyasını dəyişib.

Hazırda qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın