Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Türkiyə lideri bu barədə rəsmi “X” (keçmiş Twitter) sosial şəbəkə hesabında paylaşım edib.

“Kədərdə və sevincdə hər zaman birik”

Prezident Rəcəb Tayyib Ərdoğan təbrik mesajında iki ölkə arasındakı qardaşlıq və dostluq münasibətlərini xüsusi vurğulayıb:

“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram.”

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın