ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair planın hazırlanmasında iştirak edə bilər.

O əlavə edib ki, ABŞ-ın təklif etdiyi sülh planı hələ yekun deyil və hələ işlənməli məsələlər var. Əgər ukraynalı tərəflə razılıq əldə olunarsa, plan Rusiyaya təqdim olunacaq.

Rubio vurğulayıb ki, ABŞ-ın Ukrayna və Avropa İttifaqı ilə Cenevrədəki görüşlərinin məqsədi əsas məsələlərdə fikir ayrılıqlarını azaltmaqdır və bu yöndə əhəmiyyətli irəliləyiş əldə olunub.

O, bəzi problemlərin hələ də qaldığını deyib və əlavə edib ki, işlər davam edir, amma bu gün başlanğıcdan daha çox irəliləyiş var.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın