Rusiya Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniyanın müvəqqəti işləri üzrə nümayəndələrinə etiraz notası verib. Etiraz ölkələrin Moskva səfirliklərinin fəaliyyətinə məhdudiyyət tətbiq etməsi ilə bağlıdır.
Nazirlik bildirib ki, bu məhdudiyyətlər səfirliklərin işini çətinləşdirir və 1961-ci il Vyana diplomatik konvensiyasına ziddir. Rusiya lazım gələrsə qarşı tədbirlər görəcəyini açıqlayıb.

Qeyd edək ki, 27 dekabrda Riqadakı müvəqqəti nümayəndə Dmitri Kasatkin Latviyanın Rusiyaya gedən dəmir yollarını sökməsinin uzunmüddətli ciddi nəticələri olacağını xəbərdar etmişdi.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın