EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Realist.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə ərazidə yol qəzasının baş verməsi və bir nəfərin avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qəzanın “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə baş verdiyini müəyyən ediblər.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü sürücü Əliyev Rəmzi Savet oğlu həyatını itirib. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisənin səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın