Sabah Bakı şəhərinin Xətai və Nəsimi rayonlarının bəzi küçə və prospektlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəsmi məlumat yayıb.
Qazın kəsiləcəyi ünvanlar və saatlar
Məlumata əsasən, şəbəkədə baş verən qaz sızmasının aradan qaldırılması və planlı təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər tam yekunlaşanadək aşağıdakı ərazilərdə qazın verilişi dayandırılacaq:
-
Xətai rayonu üzrə: Gəncə prospekti və Məhəmməd Hadi küçəsi;
-
Nəsimi rayonu üzrə: Mir Cəlal, Asif Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələri.
“Azəriqaz” İB abonentlərdən təmir işləri aparılan müddətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməyi xahiş edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
