EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

“Sabah” və “Barselona” komandaları arasında UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən futbol qarşılaşması zamanı ictimai asayişin və təhlükəsizliyin qorunması üçün polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Realist.az-a verilən məlumata görə, matçın keçirildiyi stadionda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri təşkil olunub. Azarkeşlərin stadiona maneəsiz daxil olması və qarşılaşmadan sonra ərazini təhlükəsiz tərk etməsi üçün müvafiq tədbirlər görülüb.

Eyni zamanda, nəqliyyatın hərəkətinin tənzimlənməsi, yollarda sıxlığın yaranmaması və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə əraziyə əlavə polis qüvvələri cəlb edilib.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları azarkeşlərin təhlükəsiz şəkildə stadionu tərk edərək evlərinə çatmalarınadək xidmətlərini davam etdiriblər.

   

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın