Britaniya kəşfiyyat xidməti MI5-in rəhbəri Makkallum “Əl-Qaidə” terror təşkilatının süni intellektin köməyi ilə bioloji silah hazırlamaq ehtimalını ən təhlükəli təhdidlərdən biri adlandırıb. Onun qiymətləndirməsinə görə, süni intellekt hətta məhdud texniki imkanlara malik terror təşkilatlarına belə təhlükəli patogenlərin yaradılması üçün lazım olan biliklərə çıxış əldə etməyə imkan verə bilər.
Makkallum həmçinin xəbərdarlıq edib ki, terrorçular hücum üsullarını təkmilləşdirmək və dronları idarə etmək üçün süni intellektdən istifadə edə bilərlər. Onun sözlərinə görə, Britaniya “milli təhlükəsizliyin yeni erasın”a qədəm qoyub və Soyuq müharibədən bəri ən ciddi təhdidlərlə üzləşir. MI5 rəhbəri digər risklər arasında Rusiyanın və İranın hibrid əməliyyatlarının güclənməsini, o cümlədən kiberhücumları, diversiyaları və cinayətkar vasitəçilərdən istifadəni qeyd edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
