Suriyada məhkəmə keçmiş prezident Bəşər Əsədi qiyabi olaraq ölüm cəzasına məhkum edib. O, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinib.Əsədlə yanaşı, keçmiş rejim dövründə Dəra vilayətində siyasi təhlükəsizlik idarəsinə rəhbərlik etmiş əmisi oğlu Atef Nəcəib də ölüm cəzasına məhkum edilib. Nəcəib qəsdən adam öldürmə və işgəncədə təqsirli bilinib.

Bu, keçid hakimiyyətinin keçmiş rejim nümayəndələri ilə bağlı başladığı məhkəmə proseslərində ilk belə qərardır.

Bəşər Əsəd 2000-ci ilin iyulundan Suriyanı idarə edib. 8 dekabr 2024-cü ildə Dəməşq “Heyət Təhrir əş-Şam” qruplaşmasının nəzarətinə keçdikdən sonra Əsəd ölkədən qaçaraq ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın