Ölkənin iş və hüquq mühitində uğurlu layihələri ilə tanınan, tanınmış hüquqşünas və iş adamı Cəmşid Sərdarlının təsisçisi olduğu ALC qlobal hüquq bazarının ən nüfuzlu reytinq qurumu olan “Chambers and Partners”ın beynəlxalq reytinq siyahısında yer almışdır.

1990-cı ildən bəri Londonda fəaliyyət göstərən və qlobal hüquq sənayesində obyektivliyi, eləcə də sərt qiymətləndirmə meyarları ilə seçilən “Chambers” reytinqləri sahənin ən mötəbər göstəricilərindən biri hesab olunur. ALC-nin bu nüfuzlu bələdçidə qərarlaşması şirkətin göstərdiyi xidmətlərin beynəlxalq standartlara tam uyğunluğunun və peşəkarlığının növbəti təsdiqidir.

Bir çox uğurlu biznes və hüquqi layihələrin rəhbəri olan Cəmşid Sərdarlı komandanın qazandığı bu beynəlxalq nailiyyətin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, əldə edilən bu uğur gərgin əməyin və düzgün inkişaf strategiyasının məhsuludur. ALC bundan sonra da keyfiyyətə və peşəkarlığa sadiq qalaraq fəaliyyətini genişləndirməyi və Azərbaycanı beynəlxalq hüquq müstəvisində layiqincə təmsil etməyi hədəfləyir.

 

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın