“Çampi” supertayfunu Tayvanda həyatı dayanma nöqtəsinə gətirdi

Tayvanın şimal-şərq sahillərinə yaxınlaşan “Çampi” supertayfunu adada ciddi problemlər yaradıb. Təbii fəlakət səbəbindən regionda nəqliyyatın və gündəlik həyatın fəaliyyəti demək olar ki, tamamilə dayanıb.

Nəqliyyat Nazirliyi yüzlərlə aviareysin ləğv edildiyini açıqlayıb. Oktyabrın 22-si üçün 262 daxili uçuş təxirə salınıb. Həmçinin 669 beynəlxalq reys də ləğv olunub. Dağlıq ərazilərdən 1 300-dən çox insan təhlükəsiz yerlərə təxliyə edilib. Son məlumatlara görə, tayfun nəticəsində 1 nəfər həlak olub, 94 nəfər isə xəsarət alıb.

Tayfun Yaponiya və Çinə doğru hərəkət edir

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) fəlakətin miqyası barədə xəbərdarlıq edib. Bildirilib ki, qasırğanın külək radiusu təxminən 320 kilometr təşkil edir. Bu göstərici son illərin ən böyük göstəricilərindən biridir.

Proqnozlara görə, tayfun Tayvandan sonra şimala doğru istiqamət götürəcək. Fəlakət zonasının Çin sahillərinə, daha sonra isə Yaponiyanın cənubuna keçəcəyi gözlənilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın