İran Livanla münasibətlərin hərtərəfli inkişafında maraqlıdır, lakin ölkənin daxili məsələləri yalnız livanlıların özləri tərəfindən həll edilməlidir. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib. O, həmçinin mövcud regional və daxili problemlərin həlli yolları ilə bağlı Livanın hazırkı hökuməti ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib.

Bununla belə, Araqçı tərəflərin əsas məsələdə tam konsensusa gəldiyini vurğulayıb: hökumətlərarası təmaslar və ümumilikdə ikitərəfli əlaqələr diqqət mərkəzində qalmalı və bütün istiqamətlərdə inkişaf etdirilməlidir. Nazir xüsusilə qeyd edib ki, Tehran ölkənin daxili gündəliyinə müdaxilə etmədən Beyrutla siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Eyni zamanda, İranın XİN rəhbəri bildirib ki, Beyrutun qəbul edəcəyi istənilən daxili-siyasi qərar Bütün əsas milli qüvvələrin, o cümlədən Livan cəmiyyətinin ən mühüm amillərindən biri olan “Hizbullah”ın mövqeyi nəzərə alınmaqla verilməlidir.

«Qəbul ediləcək istənilən qərar, təbii ki, İran tərəfindən narazılıqla qarşılanmayacaq, çünki bu, Livanın daxili işidir», — deyə Araqçı vurğulayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın