İran Hörmüz boğazının dəniz blokadasının ləğvi müqabilində açılması təklifi ilə bağlı məlumatları təkzib edib

İran ABŞ-yə dəniz blokadasının ləğvi müqabilində Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasını təklif etməyib. Bu barədə məlumatlı mənbə “Tasnim” agentliyinə bildirib və “Al Arabiya”nın nəşrini “yalan və fantastika” adlandırıb. Mənbənin sözlərinə görə, Tehran “blokadanın ləğvi müqabilində Hörmüz boğazı” formulunu qəbul etmirvə məhdudiyyətləri müstəqil şəkildə yan keçmək, nəticədə isə onları tamamilə dəf etmək niyyətindədir.

Digər bir mənbə isə bildirib ki, İran Pakistan vasitəçisinə heç bir yeni təklif təqdim etməyib. Tehranda bir daha vurğulayıblar ki, İranın bütün tələbləri, o cümlədən İran limanlarının və gəmiçiliyinin fəaliyyətinə törədilən maneələrin aradan qaldırılması yerinə yetirilməyənədək Hörmüz boğazında təhlükəsizlik bərpa olunmayacaq.

“Realist.az” xəbər verir ki, regionda gəmiçiliyin təhlükəsizliyi ilə bağlı gərginlik davam edir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın