KİV-də Kim Çen Inın komaya düşə biləcəyi ilə bağlı xəbərlər yayılıb

Şimali Koreya lideri Kim Çen Inın guya beyin qansızması keçirdiyi və müalicə üçün Çinə aparıldığı iddia olunur. Bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, tibbi yardım göstərilməsi üçün o, Pekinə göndərilmiş ola bilər, çünki Şimali Koreyada lazımi avadanlıq çatışmır.

Bu xəbərlər fonunda Şimali Koreya liderinin mümkün varisi ilə bağlı suallar yaranmışdır. Ehtimal olunan namizədlər arasında onun bacısı Kim Yo Çjon və qızı Kim Çju E göstərilir. Kim Çen In sonuncu dəfə oktyabrın 11-də Pхençjanda hərbi muzeyi ziyarət edərkən ictimaiyyət qarşısında görünmüşdü. Şimali Koreya hakimiyyəti və Çinin rəsmi nümayəndələri onun səhhəti ilə bağlı məlumatları təsdiqləməyiblər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın