ABŞ Prezidenti Tramp bəyan edib ki, Vaşinqton ən böyük nüvə silahı ehtiyatına malik ölkələrin denuklearizasiyasına (nüvə silahından təmizlənməsinə) yönəlmiş danışıqlar aparır. “Newsmax” telekanalına müsahibəsində Tramp bildirib ki, o, Çinin yaxın beş il ərzində ABŞ-a “çatacağını” (nüvə potensialı baxımından bərabərləşəcəyini) gözləyir. “Bütün bu vəziyyət çox kədərlidir, ஏünki əgər mümkündürsə, məmnuniyyətlə denuklearizasiya həyata keçirərdim, lakin biz hazırda bunu Rusiya və Çinlə müzakirə edirik”, – deyə o, nəşrə bildirib.
Trampın şərhləri Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin (START) müddətinin bu ilin əvvəlində başa çatmasından bir neçə ay sonraya təsadüf edir. Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) məlumatına görə, Rusiya saxlanmada olan ən çox nüvə döyüş başlığına malikdir, ondan sonra ABŞ və Çin gəlir. Bununla belə, yerləşdirilmiş döyüş başıqlarının sayına görə ABŞ Rusiyanı qabaqlayır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
