Türkiyənin mərkəzi hissəsində yerləşən Aksaray-Nevşehir avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 22 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəza sürüşkən yol şəraitində baş verib. Avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edə bilməyib və nəticədə yol qəzası qeydə alınıb. Hadisə yerinə cəlb olunan müvafiq qurumlar tərəfindən zərərçəkənlərə yardım göstərilib, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


