Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Kolumbiyanın öz səfirliyini Qüdsə köçürmək qərarını kəskin şəkildə pisləyib.
Nazirliyin yaydığı rəsmi bəyanatda bu addım BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirilib.
Türkiyə XİN Kolumbiya hakimiyyətini bu qərarı ləğv etməyə çağıraraq, bütün ölkələrin “Qüdsün tarixi və hüquqi statusunu sarsıda biləcək” hərəkətlərdən çəkinmələrinin vacibliyini xüsusi vurğulayıb.
Reaksiyalar:
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
