EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Türkiyədə FETÖ terror təşkilatının ehtimal olunan üzvlərinə qarşı iki ayrı xüsusi əməliyyat keçirilib.

Realist.az Türkiyənin “TRT Haber” və “Sabah” nəşrlərinə istinadən xəbər verir ki, paytaxt Ankarada Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı nəticəsində təşkilata maliyyə dəstəyi göstərməkdə və onun fəaliyyətini davam etdirməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

14 vilayətdə qadın təhsili strukturu hədəfə alındı

Ölkənin 14 vilayətində keçirilən digər əməliyyat zamanı isə daha 29 nəfər ələ keçirilib. İstintaqın məlumatına görə, saxlanılan şəxslər FETÖ-nün qadın təhsili sahəsində fəaliyyət göstərən gizli strukturu ilə əlaqəli olublar.

Məlumata əsasən, istintaq çərçivəsində axtarışda olan daha üç şübhəli hazırda xaricdədir. Keçirilən axtarışlar zamanı şübhəlilərdən külli miqdarda rəqəmsal material aşkar edilərək götürülüb.

Xatırladaq ki, FETÖ hərəkatı 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd təşkil etdikdən sonra Türkiyədə, Fars körfəzi ölkələrində və Pakistanda terror təşkilatı kimi tanınıb. Təşkilatın rəhbəri Fətullah Gülən isə 2024-cü il oktyabrın 20-də ABŞ-də müalicə aldığı xəstəxanada ölüb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın