“Reuters” sensasiyalı məlumat yaydı: Ukraynada “Starlink” məhdudiyyəti əmri Ağ Evdən gəlib

Ukrayna ordusunun cəbhədə rabitə və dron əməliyyatları üçün istifadə etdiyi peyk sistemlərinə tətbiq edilən məhdudiyyətlərin pərdəarxası məqamları bəlli olub. “Reuters” agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi xəbərə görə, müvafiq sərəncam birbaşa Ağ Evdən daxil olub.

Pentaqona verilən qəribə təlimat: Trampın xəbəri varmı?

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi “SpaceX” şirkətinin Ukrayna Silahlı Qüvvələrinə təqdim etdiyi hərbi versiyalı “Starshield” xidmətlərinin yavaşladılması barədə göstəriş alıb.

Mənbələr vurğulayır ki:

  • Prezident Donald Tramp şəxsən belə bir sərəncam verməyib;

  • Qərarın Ağ Evdə məhz hansı məmur tərəfindən qəbul edildiyi və icraya cavabdeh şəxsin kimliyi hələlik gizli saxlanılır.

Dron əməliyyatlarında ciddi problemlər yarandı

Ötən həftə Ukrayna rəsmiləri hərbi təyinatlı “Starlink” qəbuledicilərinin işində ciddi nasazlıqların yarandığını bəyan etmişdilər. Bildirilirdi ki, cihazlar yüksək sürətlə hərəkət edən obyektlərə quraşdırıldıqda avtomatik olaraq sönür. Bu hal xüsusilə “Starlink”i göyərtə tuşlama sistemi kimi istifadə edən Ukrayna PUA-larının (dronlarının) fəaliyyətini iflic edib.

Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi son vəziyyəti şərh edərkən bildirib ki, hazırda sistemlər hərəkətdə işləyir, lakin maksimum 160 km/saat sürət məhdudiyyəti tətbiq olunub. Bu göstəricidən yuxarı sürətlərdə peyk rabitəsi kəsilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın