EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın inkişafı, eləcə də humanitar əlaqələr Milli Məclisdə keçirilən görüşdə müzakirə olunub.

Realist.az xəbər verir ki, Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.

Ukrayna Ali Radasının deputatı Maksim Tkaçenko isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunub. O, bölgənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Deputat, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə təşəkkürünü ifadə edib. Bildirib ki, bu dəstək iki ölkə arasında dostluq və həmrəylik əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın