UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul etməyə hazırlaşan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşma öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

litvalı mütəxəssis komandada ab-havanın yüksək səviyyədə olduğunu bildirib:

“Rəqib komandanın son iki oyunda qol vura bilməməsi bizim üçün xoş xəbər deyil. Çünki onlar bizimlə matçda mütləq fərqlənməyə köklənəcəklər. “Borussiya” Almaniyanın ən güclü klublarından biridir və topla çox yaxşı rəftar edirlər. Belə yüksək səviyyəli komandaya qarşı çıxış etmək çox çətindir. Rəqibin futbolçuları həddindən artıq sürətlidir. Buna baxmayaraq, biz bu böyük görüşü səbirsizliklə gözləyirik.”

Matç nə vaxt və harada keçiriləcək?

Qeyd edək ki, Çempionlar Liqası çərçivəsində baş tutacaq “Sabah” – “Borussiya” (Dortmund) qarşılaşması oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın