İran Asiya akvatoriyasındakı tankerlərdə saxlanılan milyonlarla barel həcmində olan xam neft ehtiyatlarını tamamilə bitirib. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, hərbi əməliyyatlar zamanı Tehranı sabit gəlir mənbəyi ilə təmin edən İslam Respublikasının üzən neft ehtiyatları oktyabrın ortalarına qədər tamamilə tükənib. Buna səbəb ABŞ tərəfindən aylardır tətbiq edilən dəniz blokadasının ənənəvi olaraq Çinə göndərilən neft ehtiyatlarının bərpasını qeyri-mümkün etməsidir.

Mənbənin verdiyi məlumata əsasən, İranın artıq Çin Xalq Respublikasına (ÇXR) boşaltmaq üçün nefti qalmayıb. Üzən anbarlar ABŞ sanksiyalarına baxmayaraq, İranın özünün əsas alıcısı olan Çinə neft çatdırmaq üçün illər ərzində formalaşdırdığı mürəkkəb sistemin mühüm tərkib hissəsi idi.

Qeyd olunur ki, İran neftinin Hörmüz boğazından keçməyən alternatvləri — məsələn, neftin quru yolu ilə avtomobil vasitəsilə daşınması dəniz yolu ilə daşınan neftin həcmini tam əvəz edə bilməyəcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın