Ölkənin şimal zonasında, xüsusilə Xaçmaz rayonunda qəhvəyi məxmər bağacıqlarının yenidən kütləvi şəkildə yayılması müşahidə olunur.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, bu zərərvericilər daha çox rayonun Nabran, Seyidlər və Qaracəlli kəndlərində yaşayış evlərinə və təsərrüfat sahələrinə axın ediblər.

Qəhvəyi məxmər bağacıqları evlərə niyə toplaşır?

Payızın gəlişi ilə evlərin divarlarına, pəncərələrə və müxtəlif əşyalara toplaşan bu həşəratlar sakinlərin ciddi narahatlığına səbəb olub.

Məxmər bağacığının payız aylarında evlərə axın etməsinin əsas səbəbi soyuq havalarda qışlamaq üçün isti və qorunan yerlər axtarmasıdır. Zərərvericinin yetkin fərdləri soyuq ayları keçirmək üçün yaşayış evlərinə, təsərrüfat tikililərinə və digər sığınacaqlara daxil olurlar.

Aidiyyəti qurumlar hərəkətə keçdi: Dezinseksiya işləri aparılır

Hazırda şimal bölgəsində aidiyyəti qurumlar tərəfindən məxmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Lakin zərərvericilərin fərdi evlərin daxilində yayılması mübarizə prosesini müəyyən qədər çətinləşdirir.

Məxmər bağacığına qarşı görülən tədbirlərlə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib:

“Tədbirlər çərçivəsində müxtəlif ərazilərdə xüsusi preparatlarla dezinseksiya işləri həyata keçirilir. Eyni zamanda, yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılır. Qəhvəyi məxmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.

Mütəxəssislərdən xəbərdarlıq: Evlərdə mexaniki mübarizə üsulu daha effektivdir

Mütəxəssislər qapalı məkanlarda kimyəvi preparatların tətbiqinin müəyyən risk və çətinliklər yaratdığını bildirərək, mexaniki mübarizə üsullarının daha effektiv və təhlükəsiz olduğu qənaətindədirlər.

Sakinlər Nə Etməlidir?

  • Tozsoran və fırça ilə təmizləyin: Qışlama yerlərində toplanmış, hərəkətsiz və passiv vəziyyətdə olan zərərvericiləri süpürgə, fırça, yaxud da tozsoran vasitəsilə toplayaraq məhv edin.

  • Məhsuldarlığı qoruyun: Sakinlərin öz fərdi təsərrüfatlarında və evlərində həyata keçirəcəkləri bu sadə mexaniki mübarizə tədbirləri növbəti mövsümdə kənd təsərrüfatı bitkilərinə dəyəcək zərərin qarşısını indidən almağa imkan verəcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın