“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda səyyar stomatoloji müayinə aksiyası keçirilib.
Realist.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirliyin dəstəyi və Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyətinin iştirakı ilə təşkil olunan ikigünlük aksiya zamanı 86 vətəndaş tibbi müayinədən keçirilib.
Aksiya çərçivəsində Zəngilan sakinlərinə fərdi stomatoloji konsultasiyalar verilib, ağız boşluğunun sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim olunub.
Müayinələr zamanı sakinlərin ağız və diş sağlamlığının vəziyyəti qiymətləndirilib, stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


