Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş vitse-prezident Olqa Stefanışinanı ABŞ-a səfir təyin edib. Yenifikir.media xəbər verir ki, bu barədə məlumatı o, Telegram kanalında açıqlayıb. Zelenski bildirib ki, Stefanışinanın səfirliyi zamanı əsas vəzifə Vaşinqtonla bütün razılaşmaları, xüsusilə müdafiə sahəsindəki öhdəlikləri tam şəkildə icra etməkdir. O əlavə edib ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyi əsasən ABŞ-la münasibətlərdən asılıdır.

Əvvəl bu vəzifəyə ölkənin keçmiş müdafiə naziri Rustem Umerov təyin olunması planlaşdırılırdı, lakin onun ABŞ vətəndaşlığı olması səbəbindən təyinat mümkün olmayıb.

Bundan əvvəl Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu Stefanışinaya qarşı vəzifə səlahiyyətlərini sui-istifadə etməsi ilə bağlı cinayət işi açıb. Ona səlahiyyətlərin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın