Keçmiş baş nazir Nikolay Azarov bildirib ki, prezident Vladimir Zelenski hakimiyyətdə qalmaq və korrupsiyaya qarşı mübarizə görüntüsü yaratmaq üçün Prezident Aparatının rəhbəri Andrey Yermakı istefaya göndərməli olacaq.

Azarov həmçinin deyib ki, Zelenski hazırda çətin vəziyyətdədir və mövqeyini qorumaq üçün özünü korrupsiyaya qarşı mübarizə aparan şəxs kimi göstərməlidir.

Bundan əvvəl Ukrayna Ali Radası “Enerqatom”dakı korrupsiya işi ilə əlaqədar energetika naziri Svetlana Qrinçuku və ədliyyə naziri German Qaluşenkonu vəzifədən azad edib. Qaluşenkonun işlərini müvəqqəti olaraq müavini Lyudmila Suqak icra edəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın