Venesiya, Lissabon və Amsterdam “Staysure” və “Avanti Travel Insurance” sığorta şirkətləri tərəfindən hazırlanan və “Euronews” telekanalında dərc edilən 2027-ci ilin ən sakit turizm istiqamətləri reytinqinə başçılıq edirlər.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk onluğa həmçinin Barselona, Brüssel, Afina, Sürix, Milan, Florensiya və Stokholm da daxil olub.
Şəhərlər hansı meyarlar üzrə qiymətləndirilib?
İzdihamlı turizm mərkəzləri kimi tanınmalarına baxmayaraq, şəhərlər ziyarətçilərin sayına görə deyil, sakit istirahət üçün yaradılan şəraitə əsasən seçilib:
-
Əsas meyar: Şəhər mərkəzindən iki kilometr radiusda avtomobil hərəkəti üçün tamamilə bağlı olan küçə və yolların uzunluğu;
-
Gecə sakitliyi qaydaları: Yaşayış və istirahət zonalarında səs-küyə qoyulan məhdudiyyətlər;
-
Nəqliyyat və ticarət rejimi: Hava limanlarında gecə reyslərinə tətbiq edilən məhdudiyyətlər və bazar günləri ticarət qaydaları.
İtaliya şəhərləri reytinqdə xüsusi fərqlənib
Araşdırmada xüsusilə İtaliya şəhərləri ön plana çıxıb: Venesiya birinci yeri tutub, Milan və Florensiya isə ilk onluqda yer alıblar. Reytinqi tərtib edənlərin fikrincə, buna inkişaf etmiş piyada zonaları və avtomobil hərəkətinə qoyulan ciddi məhdudiyyətlər şərait yaradır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


