“The Wall Street Journal” nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Tramp Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiya ilə iqtisadi əməkdaşlığa açıqdır. Qeyd olunur ki, hazırda o, gərginliyin azaldılması (deeskalasiya) üzərində işləyir, daha sonra isə Moskvaya “ona iqtisadi və siyasi mənfəətlərə çıxış imkanı yaradacaq” yeni bir təklif təqdim etməyi planlaşdırır. Nəşrlə söhbətdə amerikalı rəsmilər bildiriblər ki, ABŞ prezidenti “birincisi, ABŞ-da yanacaq qiymətlərini aşağı salmaq, ikincisi isə danışıqlar aparmaq üçün Rusiyaya iqtisadi həvəsləndirici təklif etmək” məqsədilə Rusiya dizelinin tədarükünə dair razılıq əldə edib.

Aşkar olunan məlumatlara görə, sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşdən sonra Tramp və Zelenski arasındakı münasibətlər pisləşməyə başlayıb. Buna səbəb ABŞ liderinin Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlı Zelenskidən izahat tələb etməsi olub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın