İsrailin baş naziri Binyamin Netanyahu 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın həyata keçirdiyi hücumdan bir neçə həftə əvvəl Qəzza sektorundakı terrorçulara qarşı hava zərbəsi endirilməsi təklifini geri çevirib. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Müvafiq müzakirə 2023-cü il sentyabrın 13-də İsrailin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə yeni il tədbiri zamanı baş tutub. İddialara görə, o zamankı Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Bar HƏMAS yaraqlılarının məhz Qəzzadakı ofislərində məhv edilməsini təklif edib. Buna cavab olaraq Netanyahu bildirib ki, belə bir hava zərbəsi yalnız irimiqyaslı terror aktı baş verdiyi təqdirdə məqbuldur, digər hallarda isə məhdud tədbirlərə üstünlük verilməlidir.

Nəşr qeyd edir ki, bu məlumat Netanyahu ilə Bar arasında 7 oktyabr hücumunun qarşısının alınmasındakı uğursuzluğa görə məsuliyyətin bölüşdürülməsi ilə bağlı davam edən mübahisələr fonunda dərc olunub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın