Xırdalanda yaşayış kompleksində yanğın: FHN cəlb olundu (YENİLƏNİB)
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ müdaxiləsi nəticəsində tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yaşayış binalarına keçməsinin qarşısı alındı
Nazirlikdən bildirilib ki, yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və digər obyektlərə yayılmasına imkan verilmədən qarşısı alınıb və alov tamamilə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın uşaq Əyləncə mərkəzində qeydə alınıb
“Report”un yerli bürosunun verdiyi məlumata görə, yanğın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksi ərazisindəki uşaq əyləncə mərkəzində baş verib.
Hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olan kimi əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam zərərsizləşdirilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
