ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarının ötürülməsi prosesini yenidən bərpa etdiyini açıqlayıb.
Ukrayna lideri bu barədə Amerika Birləşmiş Ştatlarının “NBC News” televiziya kanalına verdiyi müsahibəsində bildirib.
“İndi hər şey işləyir”
ABŞ tərəfindən kəşfiyyat məlumatlarının yenidən verilməsi məsələsinə toxunan Zelenski minnətdarlığını ifadə edib:
“Biz buna görə çox minnətdarıq. İndi hər şey işləyir”, — deyə Ukrayna Prezidenti müvafiq suala cavabında vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, kəşfiyyat məlumatlarının mübadiləsi müəyyən müddətə dayandırılmışdı. Bununla belə, Zelenski prosesin dəqiq nə vaxt bərpa olunduğunu açıqlamayıb.
Ukrayna lideri həmçinin əlavə edib ki, Amerika nümayəndələri ilə növbəti danışıqların artıq gələn həftə baş tutacağına ümid edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
