Məşhur mütəxəssis Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

“Report” xəbər verir ki, 53 yaşlı təcrübəli məşqçi yerli mətbuata verdiyi açıqlamada bu təyinatın onun üçün böyük fəxr olduğunu bildirib.

“Milli komanda hər şeydən üstündür”

Yeni vəzifəsinin məsuliyyətindən danışan Sergen Yalçın Türkiyə millisini böyük uğurlara daşımaq niyyətində olduğunu vurğulayıb:

“Milli komanda hər şeydən üstündür. Bu, hər bir mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir və mənim üçün böyük qürurdur. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik.”

Müqavilə müddəti və rəsmi təqdimat

S.Yalçın Türkiyə Futbol Federasiyası (TFF) ilə 4 illik anlaşma əldə olunduğunu qeyd edib.

TFF-nin Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək iclasından sonra təyinatın rəsmən elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Sergen Yalçın son olaraq İstanbulun “Beşiktaş” klubunu çalışdırıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın