Bakı və Sumqayıt şəhərlərində yerləşən dövlət tibb müəssisələri mövsümi qripə qarşı vaksinlərlə təmin olunub və əhali arasında peyvəndlənmə prosesinə start verilib.
TƏBİB-dən verillən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə mövsümi qripə qarşı təhlükəsiz və keyfiyyətli vaksinlər gətirilib. Regionlardakı tibb müəssisələrinə də vaksinlərin çatdırılması mərhələli şəkildə davam etdirilir.
Niderland istehsalı “Influvac Tetra” vaksini tətbiq olunur
Qeyd edək ki, bu il Azərbaycanda Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Mütəxəssislərin bildirdiyinə görə, bu peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və ağırlaşmalarla hospitalizasiya olunma ehtimalını ciddi şəkildə azaldır.
Peyvənd kimlərə tövsiyə olunur? (Risk qrupları)
Mövsümi qripə qarşı peyvəndlənmə xüsusilə aşağıdakı risk qrupuna daxil olan şəxslərə tövsiyə edilir:
-
6 aydan yuxarı uşaqlar;
-
65 yaşdan yuxarı şəxslər;
-
Xroniki xəstəliyi və immun sistemi zəifliyi olanlar;
-
Hamilə qadınlar;
-
Tibb işçiləri.
Müraciət qaydası
Qripə qarşı vaksinasiya tamamilə könüllüdür. Peyvənd olunmaq istəyən vətəndaşlar yaşayış yeri üzrə ilkin səhiyyə xidməti göstərən (poliklinika və ya Ailə Sağlamlıq Mərkəzləri) dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
