İranın quru ticarət marşrutlarında ciddi blokada riski yarandı

İranın quru ticarət yolları qonşu dövlətlər tərəfindən sərt məhdudlaşdırma təhlükəsi ilə üzləşib. Pakistan, İraq və Türkiyə sərhəd keçidlərində tranzit rejimini məhdudlaşdırıb. Bu barədə “Iran International” məlumat yayıb.

Bu tədbirlər ABŞ-ın Tehrana iqtisadi təzyiqini daha da genişləndirir. Vaşinqton bundan əvvəl dəniz və hava blokadası tətbiq etmişdi. Cənub dəniz marşrutlarının bağlanması ticarətin dayanmasına səbəb olub. Halbuki bu marşrutlar İranın xarici ticarət dövriyyəsinin 75–80%-ni təşkil edirdi.

Pakistan, İraq və Türkiyə sərhədlərində son vəziyyət

Pakistan “Qabd-Rimdan” və “Taftan” əsas sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb. Hazırda yalnız qaz tankerləri və tez xarab olan kənd təsərrüfatı malları buraxılır. İslamabad bunu təhlükəsizlik və qaçaqmalçılıqla mübarizə ilə izah edir.

İraq tərəfi də “Çazabeh-Əl-Şayb” keçidini tam bloklayıb. Qərarı Baş nazir əl-Zaidi verib. Bağlanmaya səbəb kimi narkotik və saxta valyuta axınının qarşısını almaq göstərilir. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi İraq hökumətinə təzyiqləri artırır. Məqsəd İranla fəaliyyət gösterən keçidlərin sayını daha da azaltmaqdır.

İranın Avropaya əsas quru çıxışı olan “Bazarqan” (Türkiyə sərhədi) məntəqəsində də böhran yaşanır. Yük maşınlarının ləngiməsi 20 günə çatan növbələr yaradıb. Ankara İran TIR-larının keçidini kəskin məhdudlaşdırıb. Sutkalıq 1000 nəqliyyat vasitəsi gücü olan məntəqədən cəmi 200–300 maşın buraxılır.

Tehranın mövqeyi və alternativ marşrutların imkanları

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Rezai fəlakətin miqyasını etiraf edib. O bildirib ki, uzun sürən blokada ölkəyə ağır zərər vuracaq. Ən çox zərər çəkən sahə isə investisiya sektoru olacaq. Buna baxmayaraq, Rezai İramın Vaşinqtonun tələblərinə güzəştə getməyəcəyini vurğulayıb.

Türkmanıstan, Azərbaycan, Ermənistan və Əfqanıstanla açıq qalan quru sərhədləri isə dəniz ticarətini əvəz edə bilmir. İnfrastruktur məhdudiyyətləri və tıxaclar səbəbindən bu marşrutlar itirilmiş ticarət həcmini kompensasiya etmək iqtidarında deyil.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın