ABŞ kəşfiyyatından təcili xəbərdarlıq: Amerikalı diplomatlara qarşı sui-qəstlər hazırlanır

ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və regiondan kənarda amerikalı diplomat və dövlət rəsmilərinə qarşı hücumlar təşkil etmək səylərini kəskin artırdığı barədə xəbərdarlıq yayıb.

“Realist.az”ın “Axios” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubioya oktyabrın 23-də təqdim edilən xidməti qeyddə bildirilir.

Planlar “irəliləmiş mərhələdədir”

Məxfilik rejimində hazırlanan sənəddə vurğulanır ki, amerikalı rəsmilərə qarşı yönəlmiş hücum planları artıq “irəliləmiş və kritik mərhələyə” çatıb.

Qeyd olunur ki, kəşfiyyatın bu xəbərdarlığı Yaxın Şərqdə eskalasiya riskinin artması fonunda bir neçə ABŞ səfirliyində diplomatik heyətin və personalın təcili ixtisar edilməsinin ana səbəblərindən birinə çevrilib.

Səfirliklərdə təhlükəsizlik rejimı gücləndirilir

ABŞ Dövlət Departamenti və kəşfiyyat qurumları baş verə biləcək təhdidlərin qarşısını almaq üçün Yaxın Şərq regionundakı diplomatik missiyalarda təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın