Zaqatala rayonunda fərdi yaşayış evlərindən silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs tutularaq məsuliyyətə cəlb olunub.

“Realist.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Bir neçə fərdi yaşayış evini qarət edib

Aparılan ilkin istintaq-araşdırma tədbirləri ilə şübhəli şəxsin rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evinə qanunsuz daxil olaraq qiymətli əşyalar və mənimsədiyi digər maddi vəsaitləri oğurladığı subuta yetirilib.

Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onun başqa analoji cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın