Siyəzəndə yaşadığı evdə boğularaq öldürülən qadın

Siyəzən rayonunda ağır cinayət hadisəsi qeydə alınıb. 43 yaşlı qadın yaşadığı evdə boğularaq qətlə yetirilib.

“Realist.az”ın Şimal bürosu xəbər verir ki, qətlə yetirilən şəxs Siyəzən şəhər sakini Xəyalə Muradağa qızı Ağamalıyevadır. Cinayətin törədildiyi məkan zərərçəkənin öz mənzili olub.

Şübhəli şəxs polis tərəfindən saxlanıldı

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilərək tutulub. Şübhəli qismində saxlanılan şəxs rayonun Böyük Həmyə kənd sakinidir.

Hüquq-mühafizə organları 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyevi saxlayıblar. Məlumata görə, saxlanılan şəxs qətlə yetirilən qadının qohumudur.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırma aparılır.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın