Mehdiabad qəsəbəsində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub

Bakının Mehdiabad qəsəbəsində yol təmir işlərinə başlanılıb. Bu səbəbdən bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qüvvədədir.

“Realist.az” xəbər verir ki, məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb. AYNA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

147 və 179 nömrəli avtobusların yeni hərəkət sxemi

Yolun bağlanması səbəbindən iki müntəzəm marşrut xəttinin istiqaməti dəyişdirilib. Söhbət 147 və 179 nömrəli avtobuslardan gedir.

Yeni hərəkət sxemləri aşağıdakı kimi müəyyən olunub:

  • 147 nömrəli marşrut: Avtobuslar metronun “Azadlıq prospekti” stansiyası istiqamətində Mehdiabadın mərkəzinə daxil olmayacaq. Onlar Digahın Zəlimxan Yaqub və Mehdiabadın 28 May küçələri ilə hərəkət edəcəklər.

  • 179 nömrəli marşrut: Avtobusların hərəkəti Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil olunub.

Bu dəyişikliklər ərazidə təmir işləri tam yekunlaşanadək qüvvədə qalacaq.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın